1xeber.media xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Tasnim-in məlumatına görə, İran Yaxın Şərqdəki İsrail və ABŞ hədəflərinə qarşı "Əsl Vəd 4" adlı cavab hərbi əməliyyatının 93-cü mərhələsinə başlayıb.
İİKK-nın açıqlamasında deyilir: "Qərbi Qalileya, Hayfa, Kafr Qana və Krayotdakı İsrail toplantı və döyüş dəstək mərkəzləri dəqiqliklə hədəfə alınıb".
Bir müddət əvvəl İran İsrailin Petah Tikva şəhərinə raket zərbəsi endirərək pilotsuz təyyarə istehsal edən zavodu vurub.
Bundan əlavə, Tel-Əvivdən havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinin Boeing KC-135R Stratotanker tankeri qəza siqnalı verib.