Вернуться назад Распечатать

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

1xeber.media xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan həlledici görüşdə "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn “Zirə” ölkə çempionu olub.

Bürünc medal uğrunda oyunda isə “Aznur” “Sumqayıt”la üz-üzə gəlib. 6:4 hesablı qələbə qazanan “Aznur” üçüncü yerin sahibi olub.