Təxminən 200 ukraynalı hərbçi Liviyadakı bazalarda yerləşdirilib.
Məhz həmin ərazilərdən Rusiya qazdaşıyan gəmisinə hücum edilib.
1xeber.media xəbər verir ki,Fransanın “Beynəlxalq Fransız Radiosu (RFI)” tərəfindən aparılan araşdırma təsdiqləyib ki, mart ayında Liviya sahilləri yaxınlığında zədələnmiş “Arctic Metagaz” adlı Rusiya qazdaşıyan gəmisi Ukraynanın “Magura V5” dəniz dronu ilə vurulub.
Liviyada - Tripoli və Misrata şəhərlərində - Tripoli hökuməti ilə razılaşmaya əsasən Ukraynadan 200-dən çox hərbi mütəxəssis yerləşdirilib.
Ukrayna qüvvələri üç obyektdən istifadə edir. Onlardan biri Zaviya bazasıdır - məhz buradan buraxılan dron Rusiya gəmisinin mühərrik bölməsini hədəfə alıb.
Ölkələr arasında razılaşma ötən ilin oktyabr ayından qüvvədədir.
Ukrayna Liviyanın qüvvələrinə pilotsuz uçuş aparatlarının idarə olunmasını öyrədir - bunun müqabilində neft sektoruna investisiyalar və silah tədarükü əldə edir.
Hücum zamanı qazdaşıyan gəmidə 30 Rusiya vətəndaşı olub - hamısı təxliyə edilib.
Hazırda Liviya zədələnmiş gəmini limana çəkməkdə çətinlik çəkir və üçüncü ölkələrdən yardım istəyir.
Rusiya Federasiyasının Dəniz Kollegiyası artıq bildirib ki, “təcavüzkar”dan dəymiş ziyanın ödənilməsini tələb edəcək.