
BƏƏ-də qaz kompleksi ciddi zərər görüb: ölən və yaralananlar var.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə atəş nəticəsində qaz kompleksi ciddi zədələnib. Əmirliyin hökumətinin mətbuat xidməti bildirir ki, Həbşan qəsəbəsində yerləşən qaz emalı kompleksi (Əbu-Dabi, Əmirliyin dövlət şirkəti ADNOC tərəfindən idarə olunur) hava hücumundan müdafiə sistemlərinin işindən sonra düşən qalıqlar səbəbilə baş verən yanğından sonra böyük ziyan görüb.
Hakimiyyət təsdiqləyir ki, nəticədə iki yanğın baş verib, Misir vətəndaşı həlak olub, dörd nəfər isə yüngül xəsarət alıb (iki Pakistan vətəndaşı və iki nəfər Misirdəndir).
ADNOC-un məlumatına görə, Həbşan kompleksi BƏƏ-nin qaz tələbatının 60%-ni təmin edir. Bloomberg agentliyi qeyd edir ki, kompleks ölkədə hasil olunan qazı toplayır və onun paylanmasına hazırlayır.