İranın ABŞ-a məxsus A-10 təyyarəsini vurmaq üçün AD-08 “Məcid” zenit-raket kompleksindən istifadə etdiyi bildirilir.
1xeber.media xatırladır ki,AD-08 - aşağı hündürlüklərdə hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş qısa mənzilli İran zenit-raket kompleksidir və əsasən PUA-lar, qanadlı raketlər, helikopterlər və digər aşağıdan uçan hədəflərə qarşı mobil nöqtəvi müdafiə üçün istifadə olunur.
Adətən 4×4 taktiki yük maşını üzərində (Aras-2 və ya Iveco Daily platforması əsasında) quraşdırılır və elektro-optik izləmə sistemi ilə təchiz edilir. Kompleks hər biri dörd raketdən ibarət qoşa konteynerlərdə yerləşdirilmiş infraqırmızı yönləndirməli raketlərlə silahlanır.