İran ətrafındakı vəziyyət geostrateji çıxılmaz vəziyyətə düşüb.
1xeber.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığında bildirib.
Bəyanatda deyilir: "Prezident Ərdoğan qeyd edib ki, İrana müdaxilə ilə başlayan proses geostrateji çıxılmaz vəziyyətə düşüb".
Eyni zamanda, Türkiyə lideri bütün beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün səylərini artırmalı olduğunu vurğulayıb.
Ərdoğan daha əvvəl İsrailin bütün bəşəriyyətə ağır iqtisadi yük qoyduğunu bildirmişdi. "Regionumuzu təkcə xarabalığa çevirməklə kifayətlənməyib, həm də bütün bəşəriyyətə ağır iqtisadi yük qoymuş bu qanunsuz müharibənin məsuliyyətini daşıyan tərəf münaqişə, xaos və böhranlardan asılı olan İsrail rejimidir", - deyə siyasətçi bildirib.