Вернуться назад Распечатать

Aİ-nin beş ölkəsinin maliyyə nazirləri energetika şirkətlərinin hədsiz mənfəətinə vergi tətbiq etməyə çağırıblar 

 Aİ-nin beş ölkəsinin maliyyə nazirləri energetika şirkətlərinin hədsiz mənfəətinə vergi tətbiq etməyə çağırıblar 

1xeber.media xəbər verir ki,bu barədə  Reuters məlumat yayıb.

Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriya nümayəndələri birgə müraciət imzalayıblar. Bu təklif Yaxın Şərqdəki münaqişə səbəbindən yanacaq qiymətlərinin artmasına cavab olaraq irəli sürülüb.
Aİ-nin iqlim məsələləri üzrə komissarı Vopke Hukstraya ünvanlanan məktubda nazirlər Ukraynadakı xüsusi əməliyyat başladıqdan sonra 2022-ci ildə oxşar verginin tətbiq edildiyini xatırladıblar. Bununla belə, yeni verginin dəqiq parametrləri təklifdə qeyd olunmayıb.
Maliyyə nazirlərinin sözlərinə görə, belə bir tədbir Aİ-nin birliyini nümayiş etdirəcək. Həmçinin bu, “İrandakı müharibənin fəsadlarından varlananların cəmiyyətin yükünün azaldılmasına öz töhfələrini verməli olduqlarına” dair bir siqnal olacaq.