İsrail Ordusu (SAXAL) Livan və Suriya arasındakı sərhəd keçid məntəqəsinə zərbə endiriləcəyi barədə xəbərdarlıq edib.
1xeber.media xəbər verir ki,İsrail Ordusu Livan və Suriya sərhədindəki “Əl-Məsna” keçid məntəqəsi ərazisində olanlar, həmçinin yaxınlıqdakı M30 magistral yolu ilə hərəkət edənlər üçün təcili xəbərdarlıq yayımlayıb.
“Hezbolla” təşkilatının “Əl-Məsna” keçid məntəqəsindən hərbi məqsədlər və silah qaçaqmalçılığı üçün istifadə etməsi ilə əlaqədar olaraq, İsrail Ordusu yaxın vaxtlarda bu obyektə zərbələr endirmək niyyətindədir”, - deyə İsrail Ordusunun (SAXAL) rəsmi nümayəndəsinin ərəb dilindəki məlumatında bildirilir.