Вернуться назад Распечатать

Livanda “dost atəşi” nəticəsində İsrail hərbçisi həlak olub

Livanda “dost atəşi” nəticəsində İsrail hərbçisi həlak olub.

Hadisə gecə saat 3 radələrində Livanın Şebaa kəndində keçirilən əməliyyat zamanı baş verib.
 “Maqlan” kommandosları “Hezbolla”ya kömək etməkdə şübhəli bilinən şəxsin ələ keçirilməsi üçün reyd keçiriblər. İsrail Ordusunun (SAXAL) ilkin araşdırmasına görə, hərbçilərdən biri qaçmağa çalışan şübhəliləri gördüyünü zənn edərək atəş açıb. Nəticədə 21 yaşlı çavuş Qay Ludar həlak olub, digər hərbçi isə ağır yaralanıb.
1xeber.media xəbər verir ki,“Times of Israel” qəzeti yazır ki, missiya başa çatıb və şübhəli şəxs dindirilmək üçün İsrailə gətirilib. Hərbçilər hadisənin təfərrüatlarını araşdırmağa davam edirlər.
Bu, martın 2-dən bəri Livanda həlak olan 11-ci SAXAL hərbçisidir.