
Polis Təl-Əvivdə müharibə əleyhinə keçirilən mitinqi dağıdıb.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,polis əməkdaşları ictimai asayişi pozmaqda şübhəli bilinən 17 nümayişçini saxlayıb.
Hüquq-mühafizə orqanlarının bəyanatına görə, iştirakçıların sayı 600 nəfəri keçdikdən sonra etiraz aksiyası qanunsuz elan edilib - bu, məhkəmə qadağası ilə müəyyən edilmiş həddir (həmin qadağa polisin bu məkanda daha az sayda iştirakçı ilə keçirilən aksiyaları dağıtmasını qadağan edir). Qarşıdurma başlayıb, nəticədə 17 etirazçı saxlanılaraq meydanın yaxınlığındakı avtobusa aparılıb.