Fransa silahlı qüvvələr naziri Katrin Votren İsrailə silah tədarük edilməsini təkzib edib.
1xeber.media xəbər verir ki,nazir bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Xeyr, Fransa İsrailə silah tədarük etmir.
O, fərdi qaydada yalnız bu məqsədlər üçün nəzərdə tutulan komponentlərin satışına icazə verir:
“Dəmir qübbə” kimi mülki əhalinin müdafiəsinə kömək edən müdafiə sistemlərinə inteqrasiya üçün;
ciddi şəkildə reeksport üçün nəzərdə tutulan avadanlıqlara inteqrasiya üçün (hansı ki, bu komponentlərin bir hissəsi bizim şəxsi silahlı qüvvələrimiz üçün də zəruridir)”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.