İranın cənub-qərbindəki Mahşəhr xüsusi neft-kimya iqtisadi zonasındakı obyektlərə endirilən İsrail zərbələri nəticəsində beş nəfər həlak olub.
İran dövlət televiziyasının əyalətin təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hücum zamanı yaralananlar da var.
Bundan əvvəl İsrail Ordusu (SAXAL) həmin obyektlərə hücuma görə məsuliyyəti üzərinə götürüb. Netanyahu isə video müraciətində zərbələrin davam etdiriləcəyinə söz verib.