İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır və ABŞ-ın razılığını gözləyir.
1xeber.media xəbər verir ki,bu barədə “Reuters” agentliyinə İsrailin yüksək rütbəli rəsmisi məlumat verib.
Onun sözlərinə görə, bu cür hər hansı zərbənin növbəti həftə ərzində endirilməsi ehtimal olunur.
Bu bəyanat ABŞ prezidenti Donald Trampın 48 saatlıq ultimatum irəli sürməsindən sonra səslənib ki, bu da Vaşinqtonun İsrailin İrana qarşı növbəti hərbi hərəkətlərini dəstəkləyib-dəstəkləməyəcəyi məsələsinə diqqəti artırıb.