ABŞ-da benzinin orta qiyməti bir qallon (təxminən 3,8 litr) üçün 4,1 dolları keçərək tarixin ikinci ən yüksək göstəricisinə çatıb.
1xeber.media xəbər verir ki,analitiklərin məlumatına görə, yanacağın orta qiyməti sutka ərzində daha 2 sent artaraq 4,104 dollara çatıb, dizel yanacağı isə 5,58 dollara qədər bahalaşıb. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, Kaliforniyada benzinin orta qiyməti artıq 5,9 dollar təşkil edir.
Təxminən 20 ştatda qiymətlərin 4 dollardan yuxarı olduğu bildirilir. Bütün Amerika ştatlarında bu rəqəmin 4 dolları keçməsi tarixdə yalnız bir dəfə — 2022-ci ilin mayında baş verib və həmin ilin iyununda qiymətlər 5 dolları keçərək mütləq rekorda imza atmışdı.
2008-ci ilin iyulunda neftin qiymətinin barrel başına 150 dollara yaxınlaşması səbəbindən bir qallonun dəyəri 4,1 dollardan bir qədər yuxarı qalxmışdı. Hazırkı qiymət həmin göstəricini üstələyərək tarix boyu ikinci ən yüksək qiymət olub.