Вернуться назад Распечатать

ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADSEA-da 1xeber.media-a verilən xəbərə görə, hazırda Bakı şəhəri və Abşeron yarımadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.

Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb.

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.