Вернуться назад Распечатать

Tramp dünya üçün əsas təhlükə hesab edilib

İspaniyanın El País nəşri dünya liderlərinin qavranılmasına həsr olunmuş genişmiqyaslı sosioloji tədqiqatın nəticələrini dərc edib. Respondentlərdən hansı siyasətçinin qlobal sabitlik üçün ən böyük təhlükə yaratdığını qiymətləndirmək istənilib.

1xeber.media xəbər verir ki,antireytinqin birinci pilləsində ABŞ prezidenti Donald Tramp qərarlaşıb - rəyi soruşulanların 81%-i onu dünya üçün əsas təhlükə hesab edir. Ondan dərhal sonra, cüzi fərqlə, fəaliyyəti respondentlərin 80%-ni qorxudan Rusiya prezidenti Vladimir Putin gəlir.
İsrailin baş naziri Benyamin Netanyahu üçüncü yerdə qərarlaşıb: sorğu iştirakçılarının 71%-i onun siyasətində dünya düzəni üçün təhlükə görür. Bu siyahıda İsrail baş naziri İranın yeni lideri, rəyi soruşulanların 66%-i tərəfindən təhlükə hesab edilən Müctəba Xameneyini və 62% nəticə ilə Şimali Koreya rəhbəri Kim Çen Inı geridə qoyub.