ABŞ prezidenti Donald Tramp NATO haqqında sərt açıqlamalar verərək, ABŞ-ın ittifaqa ehtiyacı olmadığını bildirib.
1xeber.media xəbər verir ki, o, bu açıqlamanı mətbuat konfransı zamanı verib.
"Sizə deməliyəm ki, NATO-dan çox məyus oldum. Bizə onlar lazım deyil, bu, göz qabağındadır. Onlar bizə heç kömək etməyiblər. Tam əksinə", - deyə o bildirib.
Amerika lideri ittifaq ölkələrinin ABŞ-ın İrana qarşı əməliyyatını dəstəkləməkdən yayınmaq üçün "geriyə əyilməsindən" son dərəcə məyus olduğunu vurğulayıb. O, bunu "heç vaxt silinməyəcək bir ləkə" adlandırıb.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın NATO-dan çıxma ehtimalını qiymətləndirib. Onun sözlərinə görə, ABŞ ittifaqdan çıxmayacaq, çünki "bunun üçün heç bir səbəb yoxdur və Konqres buna icazə verməyəcək". "Hərçənd Amerika kontingentinin ölçüsünü azaltmaq və ya nəsə təmin etməkdən imtina etmək kimi simvolik hərəkətlər mümkündür", - deyə o vurğulayıb.