Вернуться назад Распечатать

Müharibənin dayandırılması üçün İranın irəli sürdüyü şərtlər məlum olub

New York Times müharibənin dayandırılması üçün İranın irəli sürdüyü şərtləri öyrənib.

1xeber.media xəbər veroir ki,nəşrin məlumatına görə, İran müharibəni dayandırmaq üçün Pakistan vasitəsilə 10 bənddən ibarət rəsmi təklif göndərib. Tələblərinin yerinə yetirilməsi müqabilində Tehran Hörmüz boğazını açmağa hazırdır, lakin hər gəmi üçün təxminən 2 milyon dollar rüsum yığmaq şərti ilə.
İranın tələbləri:
İrana qarşı bütün hücumların tamamilə dayandırılması.
Sanksiyaların tamamilə ləğvi.
İsrailin zərbələrinin (o cümlədən “Hizbullah”a qarşı əməliyyatların) dayandırılması.
İranın yenidən qurulmasına dəstək (rekonstruksiya).
Hörmüz boğazı vasitəsilə təhlükəsiz gəmiçiliyin təmin edilməsi.
Gələcək hücumlardan sığortalanmaq üçün təminatların verilməsi.