Вернуться назад Распечатать

Vens ABŞ-ın İranla yüksək səviyyəli birbaşa təmasları zamanı danışıqlara qoşulmağa hazırdır 

Cey Di Vens ABŞ-ın İranla yüksək səviyyəli birbaşa təmasları zamanı danışıqlara qoşulmağa hazırdır 

1xeber.media xəbər verir ki,bu barədə  Politico məlumat yayıb.

Hazırda vasitəçilər vasitəsilə qeyri-birbaşa danışıqları ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner aparırlar. Lakin danışıqlar yüksək səviyyəli birbaşa görüşlər formatına keçərsə, bu prosesə artıq pərdəarxası iştirak edən vitse-prezident Cey Di Vens də qoşula bilər.
Vens artıq vasitəçilərlə, o cümlədən Pakistanla təmaslar saxlayır.