Вернуться назад Распечатать

İran PUA-sının hücumu nəticəsində 15 ABŞ hərbçisi yaralanıb

Küveytdəki Əli əl-Salem aviabazasına İran PUA-sının gecə hücumu nəticəsində 15 ABŞ hərbçisi yaralanıb

1xeber.media xəbər verir ki,bu barədə CBS News məlumat yayıb.

Mənbələrdən birinin verdiyi məlumata görə, yaralananların əksəriyyəti artıq öz xidməti vəzifələrinin icrasına qayıdıb.
CBS News-un dəqiqləşdirdiyi məlumata əsasən, bazar ertəsi vəziyyətinə görə, İrana qarşı əməliyyat başlayandan bəri ümumilikdə 373 ABŞ hərbçisi yaralanıb. Onlardan 330-u xidmətə qayıdıb, beş nəfər isə ağır yaralı hesab olunur.