Вернуться назад Распечатать

İran ordusunun dörd zabiti həlak olub

İran ordusu ABŞ-ın öz pilotunu xilas etmək üçün əməliyyat keçirdiyi bölgədə dörd zabitinin həlak olduğunu bildirib.

İran ordusunun ictimaiyyətlə əlaqələr xidmətinin bəyanatına əsasən, dörd zabit İsfahan əyalətinin Mahyar bölgəsində düşmənin uçuş aparatları ilə döyüş zamanı həlak olub.
1xeber.media xəbər verir ki,IRNA agentliyinin məlumatına görə, zabitlər ABŞ-ın qırıcıları, helikopterləri, silahlı pilotsuz uçuş aparatları və dəstək təyyarələri ilə “birbaşa döyüşə” giriblər.
İddia olunur ki, İran hərbçiləri daşınan zenit-raket kompleksi vasitəsilə bir “düşmən” uçuş aparatını vura biliblər, lakin bundan sonra özləri düşmənin digər hava vasitələri tərəfindən hücuma məruz qalıblar və vurulublar.