Rusiya kəşfiyyatı İrana İsraildəki 55 enerji hədəfinin siyahısını ötürmüş ola bilər.
Bu barədə “The Jerusalem Post” nəşri Ukrayna kəşfiyyatına yaxın mənbəyə istinadən yazır.
Məlumata görə, hədəflər strateji əhəmiyyətinə görə qruplara bölünüb:
1-ci səviyyə: Kritik istehsal obyektləri. Bu obyektlərin məhv edilməsi İsrailin milli enerji sistemini iflic edə bilər. Məlumatda Xaderadakı “Orot Rabin” elektrik stansiyası ilkin hədəf kimi xüsusi qeyd olunub.
2-ci səviyyə: Böyük şəhər və sənaye enerji qovşaqları. Bu obyektlər əsasən İsrailin mərkəzi hissəsində yerləşir və iri yaşayış məntəqələrinə xidmət edir.
3-cü səviyyə: Yerli infrastruktur. Buraya sənaye zonalarını qidalandıran regional yarımstansiyalar və kiçik elektrik stansiyaları daxildir.