Netanyahu Trampdan hələlik İranla atəşkəsə getməməyi xahiş edib.
1xeber.media xəbər verir ki,bu barədə "Axios" müxbiri İsrail rəsmisinə istinadən məlumat yayıb.
“İsrail Baş naziri Benyamin Netanyahu bazar günü telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampı hazırkı məqamda İranla atəşkəsə getməməyə çağırıb və belə bir addımın riskləri ilə bağlı narahatlığını ifadə edib. Bu barədə İsrail rəsmisi məlumat verib.
Cavabında Tramp Netanyahuya bildirib ki, əgər İran ABŞ-ın tələbləri ilə razılaşarsa, atəşkəs mümkündür, lakin öz şərtindən vaz keçməyəcəyini vurğulayıb: İran bütün zənginləşdirilmiş uranını təhvil verməli və zənginləşdirməni bərpa etməməyə razı olmalıdır”, - deyə jurnalist "X" sosial şəbəkəsində yazıb.