Вернуться назад Распечатать

Hikmət Hacıyev Gəncə ilə bağlı video PAYLAŞDI

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "AnewZ" telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.

1xeber.media-nın məlumatına görə, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.