Вернуться назад Распечатать

İran dünyanın ən böyük sənaye mərkəzinə zərbə endirib

İran dünyanın ən böyük sənaye mərkəzinə zərbə endirib.

Gecə saatlarında İran Səudiyyə Ərəbistanının şərq sahilində yerləşən dünyanın ən böyük sənaye mərkəzlərindən biri olan Əl-Cubeyl şəhərinə genişmiqyaslı hücum həyata keçirib. İlkin məlumatlara görə, zərbə ballistik raketlər və kamikadze pilotsuz uçuş aparatları vasitəsilə endirilib.
Krallığın Müdafiə Nazirliyi bir neçə hədəfin vurulduğunu bildirsə də, raket qalıqları kritik əhəmiyyətli enerji obyektlərinin bilavasitə yaxınlığına düşüb. Neft-kimya kompleksinin ərazisində güclü yanğın başlayıb, göyə qatı qara tüstü dumanları yüksəlir.
Əl-Cubeyl (Al-Jubail Industrial City) təkcə şəhər deyil, Səudiyyə Ərəbistanının Şərq vilayətində yerləşən dünyanın ən böyük sənaye qovşağıdır. Burada dünya neft-kimya məhsullarının 6%-dən 8%-ə qədəri istehsal olunur. Şəhər Səudiyyə Ərəbistanı ÜDM-nin təxminən 7%-ni təmin edir. Əl-Cubeyl Krallığın qeyri-neft iqtisadiyyatının "ürəyi" və kimyəvi xammalın qlobal tədarük zəncirində ən mühüm həlqədir.