Вернуться назад Распечатать

İran Trampın Hörmüz boğazı ilə bağlı ultimatumuna əməl etməyəcək

İran Trampın Hörmüz boğazı ilə bağlı ultimatumuna əməl etməyəcək

İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını 7 aprel saat 20:00-a qədər (Bakı vaxtı ilə 8 aprel saat 05:00) açmaq tələbinə boyun əyməyəcək.
1xeber.media xəbər verir ki,bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb.
"İndi, ABŞ vitse-prezidenti Cey Di Vensdən tutmuş Yaxın Şərq kəşfiyyat xidmətlərinin yüksək rütbəli rəhbərlərinə qədər hər kəs son addıma - atəşkəsə can atdığı bir vaxtda, İran rəsmiləri vasitəçilərə eyni vəziyyətin təkrarlanacağını gözlədiklərini bildirirlər", - deyə jurnal qeyd edir.
Xatırladaq ki, Donald Tramp özünün Truth Social platformasında iranlıları "dəli bədbəxtlər" adlandıraraq, boğaz açılmayacağı təqdirdə İranın bütün elektrik stansiyalarını və körpülərini məhv edəcəyi ilə hədələyib. O, bu günü "Elektrik Stansiyası və Körpü Günü" adlandıracağını bəyan edib.