Вернуться назад Распечатать

Tramp İranın infrastrukturuna zərbələri təxirə sala bilər

Tramp İranın infrastrukturuna zərbələri təxirə sala bilər

1xeber.media xəbər verir ki,bu barədə Axios məlumat paylaşıb.

"Əgər prezident sazişin formalaşdığını anlasa, yəqin ki, hücumdan çəkinəcək. Lakin qərarı yalnız və yalnız o, özü verəcək", - deyə portalın mənbəsi bildirib.
Pentaqon isə sazişin müddətinin uzadılmasına şübhə ilə yanaşır.
Məlumata görə, ABŞ prezidenti İrana qarşı ən döyüşkən mövqedə olsa da, vitse-prezident, xüsusi elçi və Trampın kürəkəni danışıqların tərəfdarıdırlar. Ağ Ev İranın atəşkəs təklifinə verdiyi cavabı "danışıqlar manevri" kimi qiymətləndirib.
Xatırladaq ki, bir qədər əvvəl İran regionda müharibənin daimi dayandırılması barədə ABŞ-ın təklifinə cavabını İslamabada təqdim edib. Trampın Hörmüz boğazının açılması üçün qoyduğu son möhlət bu gün - 7 aprel tarixində başa çatır.