Вернуться назад Распечатать

İran dövlət televiziyası vətəndaşları infrastrukturun müdafiəsi üçün "canlı qalxan" olmağa çağırır

İran dövlət televiziyası vətəndaşları infrastrukturun müdafiəsi üçün "canlı qalxan" olmağa çağırır

İran dövlət televiziyası, İSRAİL ordusunun (SAXAL) İranın dəmir yolu obyektlərinə bu gün saat 21:00-a qədər yaxınlaşmamaq barədə xəbərdarlığına cavab olaraq, öz vətəndaşlarını həmin obyektlərə gələrək "canlı qalxan" olmağa çağırıb.
Xatırladaq ki, daha əvvəl İran Ali Şurasının katibi Əlirza Rəhimi ABŞ-ın təhdidlərindən sonra gəncləri elektrik stansiyalarını qorumaq üçün "canlı zəncirlər" yaratmağa çağırmışdı.