Tehranın mərkəzində sinaqoq ABŞ və İsrailin zərbələri nəticəsində dağılıb
İranın paytaxtı Tehranın Fariman küçəsində yerləşən "Rafi-Niya" sinaqoqu ABŞ və İsrail koalisiyasının həyata keçirdiyi hava hücumları nəticəsində bombalanıb.
1xeber.media yerli KİV istinadla bildirir ki,Sinaqoq İranın yəhudi azlığı üçün fəaliyyət göstərən azsaylı ibadət yerlərindən biri idi. Hazırda İranda təxminən 9 000 - 10 000 nəfərdən ibarət fars yəhudi icması yaşayır. Bu, İsraildən kənarda Yaxın Şərqdə ən böyük yəhudi icmalarından biri hesab olunur.
Qeyd edək ki, son günlər ABŞ və İsrail koalisiyası tərəfindən İranın mülki və dini infrastrukturuna endirilən zərbələr intensivləşib.