Вернуться назад Распечатать

Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir

 

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi çox mühüm
yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu
ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan   bütün region
dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində
sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də
Gürcüstandır. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri
əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır.
Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən
maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun
qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı
siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz
enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən
yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə
iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox
qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri
formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə
Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması
yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-
Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat
sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin
reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Bununla belə, yeni
layihələrin icrası da nəzərdə tutulur.
Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev bildirib ki, bizim tarixi əlaqələrimiz
dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu
dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini
vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və
Gürcüstan inamla inkişaf edir”.
Dövlətimizin başçısı qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da
inamla inkişaf edəcək.  “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi
dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü,
suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və
dəstəkləyəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.
Bildirilib ki, hazırda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır.
Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və
bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir
və göstəriləcək. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf
edir. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,7 milyard
dollar sərmayə qoyub. Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji
təhlükəsizliyini gücləndirən addımlar atıb. Hazırda  Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Bu
ixrac Gürcüstandan başlayır. Azərbaycanın nefti və qazı Gürcüstan vasitəsilə dünya
bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları da Azərbaycan və
Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq.
Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi bu
gün böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu gün də Azərbaycanda nəqliyyat
dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və
Gürcüstan üzərindən keçir. Bu ölkəmiz üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək
üçün əlavə səylər  göstərilir və göstəriləcəkdir.
Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq
təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik.
Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız
daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası
əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü
dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin

olunmasının tərəfdarıdır. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən
həll olunmasına maraqlıdırlar.
İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin
maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri
dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur
quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün
qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan xüsusi yer tutur.  Bütövlükdə,
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil, dövlətlərimizin və
xalqlarımızın maraqlarına tamamilə cavab verir.
İlham Hüseynov,
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin təcrübə rəhbəri müəllimi