Вернуться назад Распечатать

Putin tərəfindən şəxsən mükafatlandırılan Rusiya Qəhrəmanı ilə bağlı sirli şəkildə yoxa çıxma hadisəsinin təfərrüatları ortaya çıxıb

Rusiya Prezidenti Vladimir Putin tərəfindən şəxsən mükafatlandırılan xüsusi əməliyyat qüvvələrinin veteranı, Rusiya Qəhrəmanı Aleksey Asılxanov toy ildönümündən bir az əvvəl sirli şəkildə yoxa çıxıb.

1xeber.media xəbər veerir ki, bu barədə veteranın həyat yoldaşı Valeriya məlumat verib və Qəhrəmanın yoxa çıxmasının təfərrüatları News.ru-da dərc olunub.

Rusiya Qəhrəmanının həyat yoldaşının sözlərinə görə, ərinin yoxa çıxdığı gün əhval-ruhiyyəsi yaxşı olub. Lakin Valeriya qeyd edib ki, Aleksey yoxa çıxdığı gün qəribə davranıb və vətənin təhlükəsizliyi və müdafiəsinin əsaslarını tədris etdiyi kollecdəki tələbələr artıq orada olmasa da, işə gedəcəyini iddia edib.

"O, çox dəqiq, eyni zamanda mehriban, şəfqətli və çox etibarlıdır. Mən narahat idim", - deyə Valeriya bildirib. O, əlavə edib ki, hələ də ərinin evə qayıtmasını gözləyir.

Əvvəllər xəbər verildiyi kimi, Asılxanov 3 apreldə itkin düşüb. O, geyinib, çantasını və bağlamasını götürüb, mənzildən çıxıb və bir daha geri qayıtmayıb.