Вернуться назад Распечатать

“Zirə” “Şamaxı” ilə oyunda qələbəni əldən verdi

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

1xeber.media xəbər verir ki, “Zirə” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Matçın ilk hissəsində hesab açılmayıb. Qonaqlar 59-cu dəqiqədə azlıqda qalıblar. Dieqo Balau birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 66-cı dəqiqədə “Zirə”nin müdafiəçisi Ruan Renato təyin olunan penaltidən yararlana bilməyib. Buna baxmayaraq, meydan sahibləri cəmi 3 dəqiqə sonra hesabı açıblar. Leroy Mikels fərqlənib. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Edqar Ədilxanov qoyub.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 31 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, XXVI turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "Qarabağ" "Karvan-Yevlax" 7:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Turan Tovuz” oyununda isə heç-heçə qeydə alınıb – 1:1. Tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” matçı ilə yekun vurulacaq.