Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasında (DXR) Krasnoarmeyskdən (Ukrayna adı: Pokrovsk) qərbə doğru irəliləyib.
1xeber.media xəbər verir ki, bu barədə "Ölkə Politikası" Telegram kanalı Ukraynanın "Deep State" hərbi-analitik resursunun məlumatlarına istinadən məlumat yayıb.
Nəşr bildirir ki, "Rusiya Ordusu Pokrovskdan qərbdə yerləşən Qrişino və Kotlino ərazisinə doğru irəliləyib".