Вернуться назад Распечатать

İran ABŞ ilə atəşkəsdən imtina edir

İran ABŞ ilə müvəqqəti atəşkəs ideyasını rədd edir və bunun yenidən silahlanma üçün istifadə olunma ehtimalını əsas gətirir.

1xeber.media xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

"İran, xüsusən də iyun hadisələri fonunda hərbi əməliyyatların uydurma bəhanə ilə yenidən başladığı bir vaxtda müvəqqəti atəşkəsi qəti şəkildə rədd edir. Bu kontekstdə atəşkəs yalnız yenidən silahlanmaya və gələcək cinayətlərə hazırlaşmağa xidmət edir", - deyə o, BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Bir müddət əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən İranın ABŞ ilə mümkün atəşkəs barədə danışıqları dayandırdığını bildirmişdi.

31 martda Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla danışıb. Liderlər Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin davam edən pisləşməsindən ciddi narahatlıqlarını bildiriblər.