İranın məhvi, əgər gerçəkləşərsə, bütün dünya üçün fəlakətli ola bilər.
1xeber.media xəbər verir ki, təqaüddə olan leytenant-polkovnik Daniel Devis bunu özünün X sosial media səhifəsində bildirib.
"Təkcə bu bəyanat hər bir amerikalı, dünyanın hər bir vətəndaşını həyəcanlandırmalıdır. Bu, şişirtmə deyil. Bu, birbaşa təhdiddir, çünki o, artıq son tarix təyin edib", - deyə Devis ABŞ prezidenti Donald Trampın sözlərini şərh edərkən yazıb.
Onun sözlərinə görə, indi ABŞ Konqresinin bu dəliliyi dayandırmaq üçün son şansıdır.
Daha əvvəl Tramp bütün İran sivilizasiyasının yaxın gələcəkdə məhv edilə biləcəyini bildirmişdi. O, İranı ABŞ təklifləri ilə razılaşmağa və 7 aprel saat 20:00-a (8 aprel, Moskva vaxtı ilə səhər 4:00) son tarix təyin etməyə çağırıb.