Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DBB) əməkdaşları Qumar və Lotereyaların Tənzimlənməsi Komissiyasının (CRAIL) sədri İvan Rudoyu saxlayıblar.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 18-də RBC Ukrayna məlumat yayıb.
Aydın olur ki, Rudoy Ukrayna ərazisində Rusiya ərazisindən fəaliyyət göstərdiyi iddia edilən onlayn kazinoların fəaliyyətinə şərait yaratmaqda şübhəli bilinir.“Axtarış zamanı saxlanılan şəxsin üzərindən narkotikə oxşar maddə aşkar edilib”, - nəşr hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edib.