Atəşkəs təklifinin fars dilindəki İran versiyasına "uranın zənginləşdirilməsinin qəbul edilməsi" bəndi daxildir
1xeber.media Associated Press-ə istinadla xəbər verir ki, atəşkəs təklifinin fars dilindəki İran versiyasına "uranın zənginləşdirilməsinin qəbul edilməsi" bəndi daxildir.
Agentlik vurğulayır ki, bu müddəa ingilis dilli versiyalarda yoxdur və bu, Tehranın öz şərtlərini təqdim etmə formasındakı uyğunsuzluqları göstərir.