İranla müharibə ABŞ-a gündə 500 milyon dollara başa gəlir
1xeber.media xəbər verir ki,bu barədə FT məlumat yayıb.
Analitiklərin hesablamalarına görə, əməliyyatın bütün müddəti ərzində ümumi xərclər artıq 22-31 milyard dollara çatıb.
Bu məbləğin 2,1-3,6 milyard dolları məhv edilmiş və zədələnmiş texnikanın, o cümlədən təyyarələrin, radarların və HHM (Hava Hücumundan Müdafiə) sistemlərinin payına düşür. Onların bir hissəsinin bərpası olduqca çətin və uzun vaxt tələb edən prosesdir.
Nəşr qeyd edir ki, İranın infrastruktura, xüsusən də radiolokasiya sistemlərinə zərbələri təkcə xərcləri artırmır, həm də ABŞ-ın digər regionlarda, o cümlədən Çinlə potensial münaqişə zamanı imkanlarını zəiflədir.