Вернуться назад Распечатать

Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər həmişə ehtiramlara, səmimiyyətə əsaslanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il aprelin 6-da
Gürcüstana səfəri son vaxtlarda siyasi gərginliklər dövründə ikitərəfli münasibətlərin
davamlığına sədaqətin təzahürüdür. Dövlət başçımız mətbuata verdiyi bəyanatda Gürcüstana
rəsmi səfərlərini həmişə yüksək qiymətləndirdiyini, bu səfərlərdən qürurlandığını, bu səfərin iki
qardaş ölkə arasında əlaqələrə təkan verəcəyinə əmin olduğunu bildirərək dedi: “Bu gün
müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman
olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm
zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar
və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və
Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar
münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda iqtisadi
inkişafdan da söz açaraq Gürcüstanın iqtisadi səviyyəsinin yüksəlişindən, burada yaxşı
sərmayə iqliminin mövcudluğundan, bu səbəbdən Azərbaycan investorlarının siyasi sabitliyə
malik olan Gürcüstana maraq göstərməsindən, Azərbaycanın Gürcüstanın, Gürcüstanın
Azərbaycanın suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəklədiyini də xatırlatdı.
Gürcüstanın da, Azərbaycanın da dövlət müstəqilliyinə qəsdlər olub. 1989-cu ilin
aprelində Tbilisidə, 1990-cı ilin yanvarında Bakıda faciələr törədildi, lakin bu faciələr nə gürcü
xalqının, nə də Azərbaycan xalqının mübarizə əzmini sarsıda bilmədi. İndi regionda reallıqlar
milli maraqlar əsasında qurulub və hər iki dövlət öz müstəqilliyini, suverenliyini qətiyyətlə
qoruyur. Bu reallıqlara istinadən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
mətbuata bəyanatında Gürcüstanla Azərbaycan arasında münasibətlərin başqa dövlətlərə
nümunə kimi qəbul edilməli olduğunu bidirərək dedi: “Bu gün Cənubi Qafqazda tamamilə yeni
vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən
verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki,
dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr,
əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi.
Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına
çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim...”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri
təsdiqlədi ki, iki dövlət arasında münasibətlər daha da genişlənir. Dövlət başçımız mətbuata
bəyanatında bu amili də diqqətə çatdırararq bildirdi ki,  “...bizim ikitərəfli gündəliyimiz çox
genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə
səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli
münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola
bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq
və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla
gedəcəyik”..
Nazim Sultanov,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, ictimai-
siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçi-Uşaq hüquqlarının
müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu