Вернуться назад Распечатать

Bu gün Xameneinin ölümü ilə bağlı anım mərasimi keçiriləcək

Bu gün Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım mərasimi keçiriləcək. 

1xeber.media xəbər verir ki, bu barədə Tehran yol polisinin rəisi Əbülfəzl Musəvipur IRNA agentliyinə bildirib. 

Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 07:30) paytaxtın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Anım mərasiminin yaxın saatlarda başlaması planlaşdırılıb.