1xeber.media xəbər verir ki, Fars xəbər agentliyi Hörmüz boğazından gəmilərin hərəkətinin İsrailin Livana hücumları səbəbindən dayandırıldığını bildirir.
"İsrailin Livana hücumları ilə eyni vaxtda Hörmüz boğazından gəmilərin hərəkəti dayandırılıb", - deyə agentlik bildirib.
Qeyd olunur ki, atəşkəs elan edildikdən sonra və bundan əvvəl iki tanker Hörmüz boğazından təhlükəsiz keçmək üçün İrandan icazə alıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutda, Bekaa vadisində və Livanın cənubunda Hizbullah komandanlıq mərkəzlərinə və hərbi obyektlərinə qarşı indiyə qədər ən böyük hücumlar seriyasına başlayıb.