İspaniya Baş naziri Pedro Sançes Avropa İttifaqını İsrail ilə əlaqələri kəsməyə çağırıb.
İspaniya Baş naziri Pedro Sançes israilli həmkarı Benyamin Netanyahunu kəskin tənqid edərək, Avropa İttifaqını İsrail ilə tərəfdaşlıq sazişini dayandırmağa çağırıb. Sançes vurğulayıb ki, "Netanyahunun yaşamaq hüququna və beynəlxalq hüquqa olan hörmətsizliyi qəbul edilə bilməz".
"İttifaq İsrail ilə əməkdaşlıq müqaviləsini dayandırmalıdır və bu kimi cinayət əməlləri üçün cəzasızlıq olmamalıdır" - deyə Sançes bildirib.
O, həmçinin Livanın atəşkəs şərtlərinə daxil edilməsini müdafiə edərək, beynəlxalq birliyi İsrailin beynəlxalq hüququ növbəti dəfə pozmasını pisləməyə çağırıb. Sançes qeyd edib ki, İspaniya sadəcə "bir vedrə su ilə gəldikləri üçün dünyanı yandıranları" alqışlamayacaq.