Вернуться назад Распечатать

Trampın bəzi NATO ölkələrindən narazılığını Rütteyə çatdırıb

NATO-nun baş katibi Mark Rütte Şimali Atlantika Alyansındakı bəzi ölkələrin həqiqətən də ABŞ sınağından keçə bilmədiyini deyib.

1xeber.media xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampla görüşdən sonra CNN-ə verdiyi müsahibədə danlışıb: "Bəziləri bunu edib. Lakin əksər Avropa ölkələri oxşar hallarda vəd etdiklərini ediblər və biz bunu bu gün müzakirə etdik".

O deyib ki, ABŞ prezidenti Donald Tramp onunla söhbət zamanı Vaşinqtonun bəzi NATO müttəfiqlərinin İranla müharibə kontekstində hərəkətlərindən məyus olduğunu açıqlayıb və özü Amerika liderinin narazılığına anlayışla yanaşıb: "O, açıq-aydın bir çox NATO müttəfiqindən məyusdur və mən bunu başa düşə bilərəm. Eyni zamanda, əksər Avropa ölkələrinin bazalar, logistika və uçuşlar baxımından köməkçi olduqlarını, öhdəliklərinə əməl etmələrini təmin etdiklərini qeyd edə bildim".

Şimali Atlantika Alyansının rəhbəri Ağ Ev lideri ilə söhbətinin "dürüst və açıq olduğunu" bildirib və əlavə edib ki, bu, "iki yaxşı dost arasında müzakirə" olub. 

musavat.com