Вернуться назад Распечатать

Şeyxin işdən çıxarılan oğlunun yerinə təyinat oldu

Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib.

1xeber.media xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib. K.Bektaşi bundan əvvəl “AzInTelecom” MMC-də departament direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Məhəmməd Paşazadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir.