Ukrayna hökumətinin ölkənin qərbindəki İvano-Frankovska köçürülməsi planlaşdırılırdı.
1xeber.media xəbər verir ki, bu barədə "Insider.UA" Telegram kanalına istinadən keçmiş xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Münaqişənin əvvəlində hadisələr son dərəcə mənfi inkişaf etsəydi, Ukrayna hökumətinin İvano-Frankovska köçürülməsi planları var idi", - deyə keçmiş Ukrayna xarici işlər naziri bildirib.
Onun sözlərinə görə, münaqişənin əvvəlində hökumətin bir hissəsi ölkənin qərbinə köçürülüb. Lakin təxminən iki ay sonra kabinet nümayəndələri Kiyevə qayıdıblar.
Bir müddət əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin Pasxa atəşkəsi ilə bağlı qərarının statusunu açıqlayıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu, hələ qəbul edilməyib.