Вернуться назад Распечатать

Zelenski Putinlə görüş üçün yer təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün yer təklif edib.

1xeber.media xəbər verir ki, o, bu barədə İtaliyanın RAI televiziya kanalına verdiyi müsahibədə açıqlama verib.

"Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma əgər o, mənimlə görüşməyə hazırdırsa, çoxlu yer var", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, görüş Yaxın Şərqdə, Avropada və ya ABŞ-da baş tuta bilər. O əlavə edib ki, Rusiya ilə danışıqlar hazırda ABŞ və İran arasındakı düşmənçilik səbəbindən təxirə salınıb.

Bundan əvvəl Leonid Kuçmanın keçmiş köməkçisi Oleq Soskin Zelenskinin Rusiyaya İran-ABŞ atəşkəsi modelində atəşkəs təklif etməyə çalışarkən yalan danışdığını iddia etmişdi.