Вернуться назад Распечатать

Netanyahu Livanla danışıqlar aparmağı əmr etdi

1xeber.media xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu kabinetə şiə hərəkatı Hizbullahı tərksilah etmək və iki ölkə arasında sülh yaratmaq məqsədi ilə Livanla birbaşa danışıqlara başlamağı tapşırıb.

"Livanın İsrail ilə birbaşa danışıqlara başlamaq üçün dəfələrlə etdiyi xahişlərə cavab olaraq, dünən kabinet iclasında Livanla birbaşa danışıqlara dərhal başlamaq əmri verdim", - deyə İsrailin Baş naziri bildirib.

8 apreldə ABŞ və İran iki həftəlik atəşkəs elan etdikdən sonra İsrail Müdafiə Qüvvələri (İMQ) Livan ərazisinə ən böyük zərbələr endirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu cür hərəkətlər yeni danışıqlar prosesini təhlükə altına alır və Yaxın Şərqdə yenidən hərbi əməliyyatlar riskini artırır.