Вернуться назад Распечатать

Starmer Putin və Trampdan şikayətləndi

1xeber.media xəbər verir ki, Britaniyanın Baş naziri Keyr Starmer enerji qiymətlərinin artmasında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampı günahlandırıb.

Starmer qeyd edib ki, iki liderin hərəkətləri qiymətlərin daim artıb-enməsinə səbəb olur. O, "Putin və Trampın hərəkətləri səbəbindən ölkə daxilində ailələrin və müəssisələrin enerji xərclərinin daim artmasından bezmişəm" deyib.

Bundan əvvəl Britaniyanın Baş naziri Trampın ona təzyiq göstərməsinə icazə verməyəcəyinə söz vermişdi. O, təzyiq altında olduğunu və fikrini dəyişdirmək cəhdləri ilə üzləşdiyini, lakin bunu etmək niyyətində olmadığını bildirib.