Вернуться назад Распечатать

Kreml Ukraynaya müraciət etdi

Kreml Ukraynanı Rusiyanın nümunəsini izləməyə və Pasxa atəşkəsinə riayət etməyə çağırıb.

1xeber.media xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunmuş açıqlamada bildirilib.

Bəyanatda deyilir: "Bu müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması barədə təlimatlar verilib. Biz güman edirik ki, Ukrayna tərəfi Rusiya Federasiyasının nümunəsini izləyəcək".

Rusiya qoşunlarına da düşmənin hər hansı təxribatına və ya "aqressiv hərəkətlərinə" qarşı durmağa hazır olmaq əmri verilib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan etmişdi. "Pravoslav Pasxa bayramının yaxınlaşması ilə əlaqədar olaraq, 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il axşamına qədər atəşkəs elan edilir".