Xətibzadə bildirib ki, İran ötən gecə atəşkəsin pozulmasına cavab verməyə çox yaxın olub, lakin Pakistan müdaxilə edib.
1xeber.media xəbər verir ki,İran Xarici İşlər Nazirinin müavini qeyd edib ki, İran nümayəndə heyəti sülh danışıqları üçün İslamabada yollanacaq. Onun sözlərinə görə, ABŞ öz öhdəliklərinə uyğun olaraq İsrailin Livana hücumlarını dayandırmalıdır.
O vurğulayıb ki, regionda istənilən sülh razılaşması Livanı da əhatə etməlidir və qarşıdakı saatlar həlledici əhəmiyyət daşıyır.
Diplomat əlavə edib ki, İran ötən gecə atəşkəs rejiminin pozulmasına cavab verməyə hazır idi, lakin Pakistan müdaxilə edərək ABŞ-ın guya İsrailin hərəkətlərinə nəzarət etdiyi barədə mesajlar ötürüb.